XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 İyun 2017 - 15:00

Asiya İnfrastruktur İnvestisiyaları Bankı Yaponiya və ABŞ-ıöz sıralarına dəvət edir

Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) prezidenti Cin Liçun deyib ki, rəhbərlik etdiyi bank Yaponiya və ABŞ-ın onun sıralarına qəbul olunması üçün qapıları açıq saxlayır.

Bu iki ölkə həmin bankın tərkibinə daxil olmağa ehtiyatla yanaşı və onun əməliyyatlarının şəffaflığına narahatlıqlarını bildirir.

İyunun 17-də AİİB-in prezidenti Koreya Respublikasının Çecudo adasında keçirilən ikinci illik görüş zamanı mətbuat konfransı təşkil edib.

C.Liçun deyib ki, AİİB-in əsasının qoyulduğu 2015-ci ildən bəri bank Asiya və Yaxın Şərqin 9 ölkəsində ümumi məbləği 2 milyard 490 milyard dollara bərabər olan 16 layihəni maliyyələşdirib.

Son vaxtlar bankın tərkibinə daha üç yeni üzv qəbul edilməklə onların sayı 80-ə çatıb(azərtac).