XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

18 İyun 2017 - 19:44

Bəhreyndən Qətər hərbçilərinə 48 saat vaxt:"Ölkəni tərk edin"

Bəhreyn hökuməti ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiyanın tərkibində xidmət edən Qətər hərbçilərinə 48 saat ərzində ölkəni tərk etmək əmri verib.

Bu barədə RİA "Novosti"yə vəziyyətlə yaxından tanış olan mənbə məlumat verib.

Qətər hərbçilərini Bəhreynə 2014-cü ildə göndərib. Onların dəqiq sayı məlum deyil.

"Onlar hələ ki, bazadadırlar, lakin, çox güman ki, yaxın iki gündə gedəcəklər", — deyə o əlavə edib. (Report)