Malidə kurort zonasına hücum olub. Cihadçılar olduğu ehtimal edilən yaraqlılar Mali parytaxtı yaxınlığında Qərb turistləri arasında məşhur olan istirahət mərkəzinə hücum edib. Le Campement Kangaba kurort zonasındakı hücum zamanı 2 nəfərin öldüyü bildirilib. Xəsarət alanlar barədə məlumat verilməyib. BMT missiyasının rəsmisinin dediyinə görə, girov götürülənlər var.
Ötən noyabrda Bamakonun lüks Radisson Blu mehmanxanasında 22 adam öldürülmüşdü.
Hücumun məsuliyyətini "Əl-Qaidə" və "Əl-Murabitun" terror qrupları üzərinə almışdı.