XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 June 2017 - 09:39

Almaniya hərbiçilərinin  “İncirlik” bazasından nə vaxt çıxacağı məlum deyil

Almaniyanın 260 hərbçisinin və “Tornado” tipli təyyarələrinin Türkiyədəki “İncirlik” hərbi aerodromundan nə vaxt çıxarılacağı hələlik məlum deyil.

Anadolu Agentliyinin məlumatına görə, bu fikri Almaniyanın müdafiə naziri Ursula von der Leyen bildirib. Almaniya Nazirlər Kabinetinin bu barədə məlum qərarını şərh edən nazir deyib ki, almanlar İŞID terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün iyunun sonunadək “İncirlik” aerodromundan istifadəyə davam edəcəklər.

Qeyd edək ki, Almaniya hökuməti “İncirlik”dəki hərbi texnikasını və canlı qüvvəsini İordaniyanın “Al Azrak” aerodromuna köçürmək barədə qərar qəbul edib.