XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 İyun 2017 - 10:14

Türkiyə hərbiçilərinin ilk qrupu Qətərə daxil olub

İki ölkə arasındakı hərbi razılaşmanın icrası çərçivəsində Türkiyə hərbçilərinin ilk qrupu Qətərə daxil olub.

IRNA-nın məlumatına görə, bu barədə Qətər dövləti açıqlama verib. Türkiyə ordusunun quru qoşunlarının əsgərlərinə şamil olan türk qüvvələr Doha şəhərinə daxil olduqdan sonra bu şəhərin "Tariq ibn Ziyad" bazasına köçürülüblər. Onlar bu qarnizonda təlim-məşqlərə başlayıblar.

Türkiyə Qətərə türk hərbçiləri ilə yanaşı tanklar və ağır silahları da Dohaya göndərib.

Türkiyə parlamenti son zamanlar Türkiyə ordusu hərbçilərinin Qətərə göndərilməsi qanununu qəbul edib.

Türkiyə hərbçiləri  Qətərə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Amerikanın təzyiqi altında iyunun beşindən bəri Qətərlə diplomatik əlaqələrini kəsməsindən sonra gəlib.