XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2017 - 10:55

Şimali Koreya XİN-i Monqolustanda bəyanat verib:“Nüvə və raket proqramlarını davam etdirəcəyik”

 NHK telekanalının yaydığı məlumata görə, Şimali Koreyanın rəsmi nümayəndələri beynəlxalq konfransda nüvə və raket proqramlarının davam etdirilməsi barədə ölkələrinin niyyətini bir daha bəyan ediblər.

Şimali Koreyanın dövlət kütləvi informasiya vasitələri iyunun 18-də məlumat yayıb ki, Xarici İşlər Nazirliyinin Amerika Tədqiqatları İnstitutunun nümayəndələri Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən beynəlxalq konfransda iştirak ediblər. Tədbirin iştirakçıları Şimal-Şərqi Asiyada təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparıblar.

Konfransda, həmçinin Yaponiya, ABŞ, Çin və Rusiya da daxil olmaqla digər ölkələrin siyasi tədqiqatlar institutlarının əməkdaşları iştirak ediblər.