XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 June 2017 - 11:14

Türkiyənin xarici işlər naziri:“İraq Kürdüstanı bölgəsində referendum qərarı yanlışdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqın Kürdüstan bölgəsinin istiqlaliyyət üzrə referendum keçirmək təklifini “yanlış hərəkət” adlandırıb və bildirib ki, bununla bağlı İraq Kürdüstanının başçısı Məsud Bərzani ilə müzakirə aparıb.

Çavuşoğlu Ankaranın İraqın ərazi bütövlüyünü dəstəkləməkdə davam etdiyini deyib: “İraqın Kürdüstan bölgəsinin istiqlaliyyət üzrə referendumun keçirilməsi qərarı yanlışdır  və bölgə üçün gərginlik yaradan bir hərəkətdir”.

Türkiyənin xarici işlər naziri İraqın Kürdüstan bölgəsinin bu layihəsinin ortaya çıxmasını yerli məsul şəxslərinin opportunizmi adlandırıb. (İRNA)