XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

19 İyun 2017 - 21:08

Qətərin xarici işlər naziri:“Sanksiyalar ləğv edilmədən Körfəz ölkələri ilə danışıq aparmayacağıq”

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman əl-Tani ölkəsinə qarşı sanksiyalar ləğv edilmədən Körfəz ölkələri ilə masaya oturmayacaqlarını açıqlayıb.

"Marja" xəbər verir ki, Əl-Tani etdiyi açıqlamada deyib ki, Qətər blokada altında olduqca "bazarlıq "etməyəcəklər: “Sövdələşmələrə başlamaq üçün blokadanı qaldırmaq məcburiyyətindədirlər”.

Tani eyni zamanda Qətərin hələ Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndən hər hansı bir tələb almadığını söyləyib.

Əl-Tani böhran davam etdiyi müddətdə Qətərin Türkiyə, Küveyt və Omana güvənəcəyini və İranın hava nəqliyyatını asanlaşdırdığını söyləyib.

 Qeyd edəki ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici İşlər üzrə dövlət naziri Ənvər min Məhəmməd Karkaş, bəzi Ərəb ölkələrinin Dohaya qarşı təcridinin illərlə davam edəcəyi barədə xəbərdarlıq  edib.