XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2017 - 10:42

Əfqanıstanda ABŞ hərbi bazasına hücum –8 mühafizəçisi öldürülüb

Əfqanıstanın Pərvan vilayətində silahlıların hücumu nəticəsində ABŞ hərbi bazasının 8 mühafizəçisi həlak olub.

Trend-in məlumatına görə, mühafizəçilər əfqanıstanlı olub.

Vilayətin qubernatoru Vahidə Şahkar bildirib ki, daha iki əməkdaş isə xəsarət alıb.

Onun sözlərinə görə, mühafizəçilər ABŞ Silahlı Qüvvələrinin iri aviabazasına gedərkən Baqram şəhərində hücuma məruz qalıblar.

Araşdırma aparılır. Hələ heç bir təşkilat hadisəyə görə məsuliyyətinə üzərinə götürməyib.