XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

20 İyun 2017 - 17:29

Ərdoğanın cangüdənlərinə Almaniyadan xəbərdarlıq:"ABŞ-dakı hala burada icazə verilməyəcək"

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin ABŞ-da etdiyi özbaşınalıq Hamburqda təkrarlanmayacaq. Biz dövlət rəsmilərinin mühafizəçilərinin kobudluğuna icazə verməyəcəyik".

Bu sözləri Türkiyə Prezidenti Ərdoğanın ABŞ-a səfəri zamanı cangüdənlərinin yaşadığı qarşıdurma haqqında danışan Hamburq Təhlükəsizlik Xidmətinin rəhbəri Martin Meyer deyib.

Mühafizəçilərin silah gəzdirməsinə icazə verildiyini söyləyən Meyer onların yalnız hücum anında müdaxilə etmək hüquqlarının olduğunu bildirib.

Qeyd edək ki, gələn ay Hamburqda keçiriləcək G20 zirvə toplantısına qatılan qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə Almaniya 20 min polisi bu işə cəlb edib/Axar.az.