XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 03:46

Sankt-Peterburqda keçirləcək Rusiya-Türkiyə sammiti ləğv olunub

Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması barədə qərar qəbul edilib. APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti Kremlə yaxın mənbələrə istinadən yazıb: “Rusiya hökuməti sammitin ləğvi barədə qərara gəlib”.

Qeyd edək ki, noyabrın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi gündəmdə olmasa da, tədbirin keçirilməsi bir sıra amillərdən asılı olacaq. Türkiyə prezident administrasiyasının nümayəndəsi isə, öz növbəsində, R.T.Ərdoğanın sammitdə iştirakı perspektivlərinin qeyri-müəyyənliyini vurğulamışdı.

Qeyd edək ki, dekabrın 15-də Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə dövlətlərarası komissiyasının iclasının keçiriləcəyi planlaşdırılırdı. Bu barədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Antalyada G20 sammitində razılığa gəlmişdilər.