XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 03:50

NATO: “Yaranmış gərginliyi azaltmağa çalışırıq”

Rusiyaya məxsus hərbi təyyarənin vurulması ilə bağlı yaranmış gərginliyi azaltmağa çalışırı.  

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav bildirib:

“Gərginləşmiş vəziyyəti yumşaltmaq əzmindəyik. Heç kim hər hansı formada vəziyyətin mürəkkəbləşməsini arzulamır. Hazırda bu istiqamətdə səylər davam etdirilir”.  

Qeyd edək ki, Filip Bridlav hazırda Latviyanın paytaxtı Riqada işgüzar səfərdədir.  

Xatırladaq ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub.