XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

21 İyun 2017 - 11:51

“Honda” şirkəti kiberhücuma görə zavodlarından birindəişi dayandırıb

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Honda Motor” şirkəti kiberhücuma görə Saytama prefekturasındakı zavodunda işi dayandırıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, istehsal xətlərinə nəzarət edən kompüterlər sistemi iyunun 18-də virusa yoluxub. Virusun yaradıcıları sistemi bərpa etmək üçün şirkətdən pul tələb ediblər. Şirkətin mühəndislərinin cidd-cəhdi ilə zavod işini iyunun 20-də bərpa edə bilib.

Hücum üçün istifadə edilən virusun mayda qlobal kiberhücumun həyat keçirildiyi “WannaCry”ə oxşadığı bildirilir. Həmin vaxt virus Yaponiyada təqribən iki min kompüteri, o cümlədən elektronika istehsalı sahəsində tanınmış “Hitachi” şirkətinin sistemlərini sıradan çıxarmışdı(azərtac).