XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 İyun 2017 - 12:02

Brüssel terrorçusununşəxsiyyəti müəyyənləşdirilib

Müstəntiqlər dünən axşam Brüsselin mərkəzi vağzalında törədilən terror aktının icraçısının şəxsiyyətini müəyyənləşdiriblər. Bu barədə Belçikanın daxili işlər naziri Yan Yambon VTM telekanalının efirində məlumat verib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, nazirin dediyinə görə, öldürülən terrorçu böyük gücə malik partlayış törətməyi planlaşdırıb. Lakin partlayış nəzərdə tutulduğundan zəif alınıb. Hərbçilərin operativ müdaxiləsi ciddi nəticələri ola biləcək terror aktının qarşısını alıb. Terror hücumunun gedişində xəsarət alan olmayıb.

Nazir terrorçunun adını açıqlamayıb və digər təfərrüatlar barədə məlumat verməyib.