XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2017 - 13:46

Eynşteynin fizika və Allah haqqında məktubları hərracda210 min dollara satılıb

Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.

Böyük alimin imzası olan, onun öz əli ilə düzəliş və əlavələr etdiyi makinada çap edilmiş altı orijinal məktub 1950-ci illərin əvvəllərində yazılıb. Həmin məktubları Eynşteyn həmkarları Devid Bom və Maks Borna ünvanlayıb.

Yerusəlimin Winners hərrac evi məktublardan 33-49 min dollar arasında gəlir götürməyi hesablamışdı. Lakin Eynşteynin yalnız Boma yazdığı məktub üçün adı çəkilməyən alıcı 84 min dollar ödəyib.