“Uber” online-taksi şirkətinin banisi və Baş direktoru Trevis Kalanik öz postunu tərk edir.
Azərtac “The New York Times” qəzetinə istinadla xəbər verir ki, iyunun 20-də “Uber” şirkətinin beş investoru kompaniya başçısının təcili istefa verməsi tələbini irəli sürüb. Tələbnaməni Çikaqoda olan zaman alan Tevis Kalanik investorlarla uzun sürən danışıqlardan sonra vəzifədən getməyə və kompaniyanın direktorlar şurasında qalmağa razı olub.
Xüsusi taksi sifarişi xidməti həyata keçirən “Uber” avtomobil daşıyıcısı 2009-cu ildə yaradılıb. Dünyanın 100-dən çox şəhərində xidmət göstərən kompaniyanın mənzil-qərargahı San-Fransiskoda yerləşir. “Uber” onunla işləyən taksi sürücülərindən hər çağırışa görə 20 faiz həcmində komissiya alır.