XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2017 - 15:06

“Android Market” mağazasının dəstəklənməsidayandırılacaq

"Google" şirkəti "Android 2.1 Eclair" və əməliyyat sisteminin daha əvvəlki versiyaları üçün "Android Market" onlayn mağazasının dəstəklənməsinin dayandırılacağını rəsmən açıqlayıb. İyunun 30-dan etibarən əməliyyat sisteminin bu versiyaları ilə işləyən qurğu istifadəçiləri mağazaya daxil olmaq və oradan proqramlar yükləmək imkanından yararlana bilməyəcək.

Az'rtacZƏRTAC "Ferra" resursuna istinadən xəbər verir ki, dəstəyin dayandırılması barədə istifadəçilərə əvvəlcədən bildiriş göndərilməyəcək.

Xatırladaq ki, "Android Market" 2012-ci ildə istifadəyə verilən "Google Play" mağazasını əvəz edir. "Android 2.1 Eclair" əməliyyat sistemi 2009-cu ilin oktyabrında buraxılıb. "Google Play" onlayn mağazası "Android 2.2 Froyo" və sistemin daha sonrakı versiyaları ilə işləyən qurğular üçün nəzərdə tutulub.