XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 İyun 2017 - 17:24

Yaponiyada tank aşıb- 1 hərbçi həlak olub

Yaponiyanın Hokkaydo adasında hərbi təlimlər zamanı tank aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub.

Qəza zamanı tankın içərisində 4 hərbçi olub. Onlardan biri tank aşdıqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olub.

Tankda olan digər hərbçilər xəsarət almayıblar.

Qeyd edək ki, Yaponiyada keçirilən Quru Qoşunlarının təlimlərində 20-yə yaxın tank iştirak edir.

Hazırda qəzanın səbəbləri araşdırılır.