XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

21 İyun 2017 - 17:32

Belçika polisi “Antverpen” vağzalındaxüsusi əməliyyata başlayıb

Belçika polisi iyunun 21-də “Antverpen” vağzalında xüsusi əməliyyata başlayıb. Vağzalın üzərində polis helikopteri dövrə vurur, rayonda snayperlər yerləşdirilib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusi əməliyyatın səbəbləri açıqlanmır.

Xatırladaq ki, iyunun 20-də yerli vaxtla axşam saat 21:00-da Belçikanın paytaxtının mərkəzi vağzalında kiçik partlayış törədən kişi öldürülüb. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Belçikanın Böhran Mərkəzi insidentlə əlaqədar terror təhlükəsinin səviyyəsini qaldırmayıb.