XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 İyun 2017 - 20:10

Ramazan bayramı tətili 23 gün olacaq- Səudiyyə Ərəbistanında

Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləzizin qərarı ilə ölkədə 23 gün Ramazan bayramı tətili olacaq.

Trend-in məlumatına görə, 16 iyundan başlayan qeyri-iş günləri 9 iyula qədər davam edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının əmək nazirliyi bayram tətilini 11 gün elan etsə də, sonradan istirahət günlərinin sayı kral tərəfindən artırılıb.

Ramazan ve Qurban bayramlarında uzun müddətli tətil edən Səudiyyə Ərəbistanı vətəndaşları bu iki bayramdan başqa sadəcə milli gün olan 23 sentyabrda bir günlük istirahət edirlər.