XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2017 - 21:34

Qlobal trafik həcmi71 eksabayta çatacaq

“Ericsson” şirkətinin illik “Ericsson Mobility Report” hesabatında 2022-ci ilədək Yer kürəsi əhalisinin böyük həcmdə informasiya mübadiləsi edəcəyi qeyd olunur.

Azərtac xəbər verir ki, analitiklərin hesablamalarına görə, 71 eksabayt genişzolaqlı internet vasitəsilə 6 milyarddan çox qoşulmuş unikal smartfon abunəçisi və 8,3 milyard kontakt tərəfindən hasil olunacaq. Bura planet əhalisinin sayını 3 dəfə üstələyəcək “Əşyalar interneti” qurğularını da aid etmək olar.

Bununla yanaşı, hesabatda əsas üstünlüyü auditoriyası təxminən 5 milyard istifadəçiyə çatacaq “LTE” rabitə standartının təşkil edəcəyi qeyd olunur. Bundan başqa, proqnozlara görə, qeyd olunan müddətədək “5G” şəbəkə istifadəçilərinin sayı 500 milyon nəfərə bərabər olacaq.