XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

21 İyun 2017 - 21:54

Putin:“Şimal axını-2” kiməsə qarşı yönəlməyib"

“Şimal axını-2” kiməsə qarşı yönəlməyib, o, enerji bazarının inkişafına kömək etməlidir və bunu bütün tərəfdaşlara sakitcə izah etmək lazımdır.

Rusiya Prezidenti Vladimir Putin bu fikirləri “Royal Dutch Shell”in baş icraçı direktoru Ben van Berdenlə görüşündə bildirib.

“Bizə sadəcə bütün tərəfdaşlarımıza, bunda marağı olan bütün ölkələrə izah etməliyik ki, bu layihə kiminsə əleyhinə yönəlməyib, əksinə, energetika bazarlarının inkişafına kömək etmək üçün nəzərdə tutulur”, – deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, “Şimal axını-2” sırf kommersiya layihəsidir.

Rusiya Federasiyasının Prezidenti əlavə edib ki, enerji resurslarını digər mənbələrdən də əldə etmək mümkündür. “Məsələ rəqabətqabiliyyətlilikdə, məsələ logistikada və bütün bu komponentlərin qiymətindədir, – deyə o, qeyd edib. – Mənə elə gəlir ki, sadəcə səbirlə, çox xeyirxah anlamda bizim bütün tərəfdaşlarımızla dialoq aparmaq lazımdır”.

V.Putin vurğulayıb ki, “Şimal axını-2” layihəsi Avropada, xüsusilə onun şimalında qaz hasilatının azalması ilə bir vaxtda Avropada qaz istehlakının genişləndirilməsi perspektivləri ilə bağlıdır(azərtac).