XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2017 - 00:14

İŞİD-dən daha bir vəhşət –Mosulun əsas məscidi “Ən-Nuri”ni partladıblar

İŞİD silahlıları İraqın Mosul şəhərinin əsas məscidi “Ən-Nuri”ni partladıblar.

Bu barədə İraq hərbçiləri məlumat verib.

2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi. 

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

APA