XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 10:38

Atatürkün ölümünə dair 77 illik sirr…

Atatürkün ölümünə dair 77 illik sirr...

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün ölümü ilə bağlı gizli məqamlar yavaş-yavaş üzə çıxır. 77 ildir ki, müxtəlif məclislərdə gündəmə gələn “Atatürk ölmədi, zəhərləndi” iddiaları ilə bağlı tarixi sənədlər tapılıb.
Axar.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, sənədlərdə Atatürkün zəhərləndiyi və bu sui-qəsdin İsmət İnönünün təşəbbüsü ilə həyata keçirildiyi ortaya çıxır.
Həmin sənəddə – Türkiyənin o dönəm Daxili İşlər naziri olmuş Şükrü Qayanın Atatürkün ölümündən 4 ay sonra İsmət İnönüyə yazdığı məktubda deyilir:
“Bizim gətirdiyimiz həkim öz işinin öhdəsindən gəldi”.
İlk baxışdan, Atatürkün müalicəsi ilə bağlı normal bir məktub olduğu görünən yazı sonradan fərqli bir məcraya yönəlir:
“Hər şey qaydasındadır. Sizi cumhurrəisi kimi görmək hamımızın arzusu idi. Əllərinizdən öpürəm, əfəndim”.
Qeyd edək ki, daha əvvəl Bülənt Ecevitin şəxsi həkimi Mücahit Pəhləvan “Atatürk zəhərləndi” deyərək qəbrin açılmasını və Mustafa Kamalın nəşinin DNT testindən keçirilməsini təklif etmişdi.