XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2015 - 03:26

Ərdoğan: Türkiyə bunu qətiyyən istəmirdi

Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində bildirib:   

“Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin yaranmasında maraqlı deyil. Bizim ölkələrimiz arasında yüksək səviyyəli məşvərət şurası fəaliyyət göstərir, bizim aramızda inkişaf etmiş iqtisadi münasibətlər mövcuddur. Biz Rusiya kimi ölkə ilə münasibətlərdə gərginliyin  yaranmasında maraqlı deyilik”.

“Türkiyə insidentin baş verməsini qətiyyən arzulamırdı, lakin, təəssüf ki, o baş verdi. Lakin biz onu gərginliyin mənbəyi kimi qiymətləndirmirik. Bizim ölkələr bir-birinin əlini sıxaraq  əməkdaşlığı davam etdirməlidir”.