XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 İyun 2017 - 20:26

Əsəd qüvvələri müxaliflərlə atışmada itki verərək geri çəkilib –Komandan

Suriyanın paytaxtı Dəməşqin Cobar məhəlləsinə doğru hücuma keçən Əsəd qüvvələri müxaliflərlə atışmada itki verərək geri çəkilib.

Bu barədə Anadolu Agentliyinə Feylak ər Rəhman qruplaşmasının komandanı Əhməd Ubeyda məlumat verib.

“Rejim ordusu 3 gündür ki, Cobara aktiv hücumlar təşkil edir. Bu gün məhəllənin ətrafında şiddətli atışmalar baş verib. Əsəd qüvvələri 400 raketlə həmlə etdi. Daha sonra məhəlləyə 40-dan çox aviazərbə endirildi. Rejimə məxsus 25 hərbçini zərərsizləşdirdik. Bir tank da məhv edildi”, – komandan bildirib/Axar.az.