XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 İyun 2017 - 20:35

Rusiyadan Bağdadinin ölümü ilə bağlı açıqlama:“Bu məlumat yoxlanılır"

İŞİD lideri Əbubəkr Bağdadinin Rusiya Hava Kosmik Qüvvələri tərəfindən Rakkaya endirilən zərbə nəticəsində öldüyü barədə ehtimallar çox böyükdür.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sıromolotov deyib.

“Bu məlumat hazırda müxtəlif kanallar vasitəsilə yoxlanılır. Şimali Qafqazda terror qruplaşmasının məhv edilməsi üzrə təcrübəyə əsaslanaraq deyə bilərəm ki, əgər bu məlumat təsdiq olunsa, bu, Rusiya Hava Kosmik Qüvvələrinin beynəlxalq terrorçuluqla mübarizə sahəsində növbəti uğuru olacaq”, – Sıromolotov deyib.

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələrinin mayın 28-də Rakkaya endirdiyi zərbə nəticəsində Bağdadinin öldüyü ehtimal edilirdi. Rusiya Xarici İşlər Nazirliyi isə bu faktın araşdırıldılğını və hələlik, təsdiqini tapmadığını bildirmişdi.