"Suriyanın İdlib bölgəsində rus və türk əsgərlərin olacağı bir mexanizm üzərində iş aparılır".
Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
“İdlib bölgəsinə ruslarla bizlərin, Dəməşq ətrafına Rusiya ilə İranın, Dəra şəhərinə isə İordaniya ilə amerikalıların nəzarət edəcəyi gözlənilir. Hətta ruslar təklif edirlər ki, qazax və qırğızlar da müəyyən sayda qüvvə göndərsin”, – Türkiyə rəsmisi bildirib/Axar.az.