XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 03:31

Rusiya Türkiyə ilə bütün əlaqələri kəsib

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri arasında bütün təmas kanalları bağlanıb, həmçinin Rusiya Qara dəniz donanması və Türkiyə Hərbi-Dəniz Qüvvələrinin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Rusiya Hərbi-Dəniz Qüvvələrinin Türkiyədəki nümayəndəsi geri çağırılıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.  

“Həmçinin Suriyadakı terrorçuların mövqelərinin məhv edilməsi zamanı mümkün aviasiya insidentlərinin qarşısının alınması üçün yaradılan “qaynar xətt”də ləğv edilib“, – deyə Konaşenkov əlavə edib.