XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 06:52

Prezident baş naziri tənqid etdi

çexiya Respublikasının Prezidenti Miloş Zemanın fikrincə, ölkənin Baş naziri Boquslav Sobotkanın miqrasiya böhranına münasibətdə mövqeyi çexiyanın təhlükəsizliyini zərbə altına qoyur. çexiya dövlətinin başçısı hesab edir ki, miqrasiya dalğası mütəşəkkil müdaxilədir, çünki özünü “İraq Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşma öz silahlılarını qaçqınlar axınına yerləşdirir.

M.Zeman vurğulayıb ki, bu yaxınlarda Parisdə terror hücumları həmin faktı təsdiq edir. çexiya Prezidenti bu məsələyə dair mövqeyinə noyabrın 25-də “Mlada fronta Dnes” qəzetinə müsahibəsində bir daha aydınlıq gətirib. Prezident bir gün əvvəl çexiya Respublikası Ordusunun rəhbərliyinin ümumi yığıncağında bildirib ki, təhlükə ölkənin sərhədlərinə yaxınlaşıb. Miqrasiya dalğası ilə terrorizm arasında əlaqəni görməmək sadəlövhlükdür.

Prezidentin sözlərinə münasibətini bildirən Baş nazir Boquslav Sobotka vurğulayıb ki, təhlükəni qaçqınlar deyil, terrorçular yaradır. Əksinə, qaçqınlara kömək etmək lazımdır(azərtac).