XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

23 İyun 2017 - 15:12

Londonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğının səbəbi açıqlanıb

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında 79 nəfərin ölümünə səbəb olan yanğının səbəbi mənzillərin birində soyuducunun alışaraq yanması olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə London polisindən bildiriblər.

Polis həmçinin binanın üz qabığının yanğın təhlükəsizliyi tələblərinə cavab vermədiyini təsdiq edib. Xatırladaq ki, jurnalistlər çoxdan binanın üz qabığının yanğının belə inanılmaz sürətlə yayılmasına səbəb olduğunu hesab edirdi.

Qeyd edək ki, paytaxtın Şimali Kensinqton bölgəsində 24 mərtəbəli "Grenfell Tower" yaşayış binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Rəsmi şəxslərin verdiyi informasiyaya görə, yanğın başlayan an binada 600 nəfər ola bilərdi.