XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 İyun 2017 - 16:38

Rusiyalı deputat:“İŞİD lideri Bağdadinin öldürülmə ehtimalı 100 faizə yaxındır”

El-Baqdadi-BBC.jpg

Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin rəhbəri Viktor Ozerov İŞİD  qruplaşmanın lideri Əbu Bəkir əl-Bağdadinin ölkəsinin Suriyada həyata keçirdiyi bir hava hücumu nəticəsində öldürülməsi ehtimalının yüz faizə yaxın olduğunu söyləyib.

Rusiyanın "İnterfax" agentliyinin xəbərinə görə, Ozerov "Məlumatın 100 faiz doğru olduğunu düşünürəm" deyib.

"İŞİD-in onu hələ heç bir yerdə nümayiş etdirməməsi həqiqəti də əl-Bağdadinin öldürülməsinə inanmağımızı daha da gücləndirir", – deyə Ozerov bildirb. Ötən həftə Rusiya nümayəndələri Bağdadinin ölmə ehtimalının olduğunu, amma bu xəbərin Təsdiqlənmədiyini açıqlamışdılar. İŞİD liderinin ölümüylə bağlı daha əvvəllər də belə məlumatlar yayılmışdı, amma bu məlumatlar öz təsdiqini tapmamışdı. Harda olduğu bilinməyən əl-Bağdadi-nin 2016-cı ildə İraqın Mosul şəhərini tərk edərək Suriyaya keçdiyi ehtimal olunur.