Qətər 35 ölkə ilə bağlı yeni qərar qəbul edib.
Qətər hökuməti Argentina, Çili, Qvineya, Latviya, Makedoniya, Paraqvay, Slovakiya, Livan, Boliviya, Çin, Ekvador, Qayana, Seyşel adaları, Malta, Peru, Sloveniya, Tailand, Braziliya, Kolumbiya, Estoniya, İndoneziya, Litva, Meksika, Rumıniya, Cənubi Afrika, Uruqvay, Bolqarıstan, Xorvatiya, Falkland adaları, Qazaxıstan, Makao, Moldova, Rusiya, Surinam və Venesuela vətəndaşlarına sərhəddə "Turist vizası" vermək barədə qərar qəbul edib.
Vizanın müddəti bir ay təşkil edəcək. Bunun üçün xarici ölkə vətəndaşları 27 dollar məbləğində rüsum ödəməlidir/Axar.az.