XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 İyun 2017 - 10:26

Hindistan raketi Yaponiyaya məxsus mikrosüni peyki orbitə çıxarıb

Hindistan raketi Yaponiyanın fotoapratlar istehsalı sahəsində tanınmış “Canon” şirkətinin mikro süni peykini orbitə çıxarıb. Bu yapon şirkəti kosmik bizneslə məşğul olmağa başlayıb.

Azərtac xəbər verir ki, iyunun 23-də Hindistanın cənubunda yerləşən Şrixarikota kosmik mərkəzindən buraxılan raket mikro süni peyki uğurla orbitə çıxarıb.

Qutu şəklində olan süni peykin eni və uzunu 50 santimetrə, çəkisi təqribən 60 kiloqrama bərabərdir.

Şirkət həmin süni peyklərin sayını yüzə çatdırmağı və kosmosdan şəkilən fotoların, o cümlədən süni peyklərin ticarətinə başlamağı planlaşdırır.