XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 İyun 2017 - 11:29

Çinin dörd patrul gəmisi Yaponiyaya məxsus ərazisularına daxil olub

Yaponiya Sahil Mühafizəsi Xidmətinin verdiyi məlumata görə, Çinin dörd patrul gəmisi Şərqi Çin dənizində, Senakaku adaları yaxınlığında Yaponiyaya məxsus ərazi sularına daxil olub.

Patrul gəmilərinin Uotsuri və Minamikocima adaları rayonunda iyunun 24-də səhər saat 10 radələrində müşahidə edildiyi bildirilir. Sahil mühafizəsi gəmilərdən ərazini tərk etməyi tələb edib.

Həmin ərazidə təqribən iki saat qalan gəmilər günortaya yaxın ərazini tərk ediblər. Cari ildə Çin gəmiləri 16-cı dəfədir ki, Yaponiyaya məxsus ərazi sularına daxil olub.

Senkaku adaları Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan da bu adalara iddialıdır(azərtac).