XƏBƏR LENTİ

27 Fevral 2021

Digər Xəbərlər

24 İyun 2017 - 15:18

Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və şaruçurmaq qadağan olunub

Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qadağa ilə əlaqədar ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar çıxarıb. 

Hava limanlarına 9 kilometr məsafədən daha yaxın sahələrdə tətbiq olunan qadağaya səbəb uçuş, can və mal təhlükəsizliyini təmin etməkdir.

Qadağaya əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.