Latviyada “Venta-1” adlı ilk süni peyk uğurla orbitə çıxarılıb. Bu barədə Ventspils ali məktəbinin nümayəndəsi Aqnese Yekabsone məlumat verib.
“Venta-1” peyki Yer kürəsinin aşağı orbitində (LEO), təxminən 505 kilometr yüksəklikdə uçacaq. Peyk sutka ərzində Yerin ətrafında 16 dəfə dövrə vuracaq, lakin ondan gələn siqnalları həmişə qəbul etmək mümkün olmayacaq. Bu siqnallar gündə 2-3 dəfə, hər dəfə təxminən 10 dəqiqə ərzində yaxşı qəbul ediləcək.
Ventspils ali məktəbinin komandası peykin buraxılmasını öz radiostansiyasında birbaşa efirdə izləyib. “Venta-1” peykindən gələn siqnallar da həmin radiostansiyada qəbul ediləcək, layihənin baş əlaqələndiricisi Ayqar Krauze isə bu tarixi hadisədə şəxsən iştirak etmək üçün Hindistana yola düşüb(azərtac).