İsrail Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə endirdiyi hava zərbələri zamanı iki hərbçi həlak olub.
"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən "Əl-Mayadin" telekanalı xəbər yayıb.
"Suriya ordusunun Colan Yüksəkliklərinin azad olunmuş hissəsindəki mövqelərindən birinə endirilən aviazərbə nəticəsində (İsrail) iki hərbçi həlak olub", – deyə məlumatda bildirilir.
Bundan əvvəl İsrail tərəfi Suriyanın iki tankına və artilleriya mövqelərinə hava zərbəsi endirdiyi barədə məlumat yayıb.