XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2017 - 21:55

Pakistanda partlayışlarda həlak olanların sayı85 nəfərə çatıb

Pakistanın Paraçinar şəhərindəki bazarda ötən gün baş vermiş partlayışlarda həlak olanların sayı 85 nəfərə çatıb. Yaralıların sayı 300-dən çoxdur.

Həmin gün Bəlucistan əyalətinin Kvetta şəhərində polis ofisinin yaxınlığında baş verən partlayışda isə ölənlərin sayı 14 nəfərə çatıb.

Bu gün isə Kəraçi şəhərində terrorçular polis məntəqəsinə hücum edib və nəticədə dörd polis həlak olub.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib(azərtac).