XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

25 İyun 2017 - 13:19

Yaponiyada zəlzələ:5,6 bal

İyunun 25-də yerli vaxtla səhər saat 7:00 radələrində Yaponiyanın mərkəzi hissəsində 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə NHK telekanalı Yaponiya Meteorologiya Agentliyinə istinadla məlumat yayıb.

Yeraltı təkanlar Naqano prefekturasının cənubunda qeydə alınıb. Telekanal Kişo şəhərində avtosalonun sınmış şüşələrini nümayiş etdirib. Polisin məlumatında isə, bəzi sakinlərin zəlzələ nəticəsində kiçik xəsarətlər alması barədə xəbərlərin daxil olduğu bildirilir.

Yeraltı təkanların episentrinə yaxın ərazilərdə elektrik enerjisinin və suyun kəsildiyi, evlərin damında cüzi zərərin müşahidə olunduğu xəbər verilir.

“Takahama” atom elektrik stansiyasının (AES) operatoru “Kansai Electric Power Co.” şirkəti isə AES-dəki reaktorların işində qayda pozuntusunun qeydə alınmadığını bildirib(azərtac).