XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

25 İyun 2017 - 13:35

Albaniyada parlamentseçkiləri keçirilir

Avropanın ən kasıb ölkəsi olan və narkobiznesin çiçəkləndiyi Albaniyada iqtidar və müxalifətin münaqişəsi səbəbindən ləğv olmaq həddinə çatan parlament seçkiləri keçirilir.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, müxalifətdə olan Lülzima Başinin Demokrat Partiyası dörd ay ərzində etiraz aksiyaları keçirərək parlamentin işini boykot etmişdi. Onlar hakim Sosialist Partiyasını seçkiləri saxtalaşdırmağa hazırlaşmaqda, iqtisadi problemlərdə təqsirləndirirdilər. Avropa İttifaqı və ABŞ münaqişənin nizamlanmasına vasitəçilik ediblər. Nəticədə müxalifət səsvermənin təşkilini müşahidə etmək imkanı qazanıb, seçkilər isə iyunun 18-dən 25-nə keçirilib.

Seçkilər 1991-ci ildə Ənvər Xoca rejiminin süqutu nəticəsində Albaniyada çoxpartiyalı sistemin tətbiqindən sonra doqquzuncu dəfədir keçirilir. O həm də ölkənin 2014-cü ildə Aİ-yə namizəd statusu almasından sonra keçirilən ilk seçkilər olacaq.

Albaniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 18 siyasi birlik iştirak edir. Seçki hüququna malik 3,4 milyon nəfər 5,3 min məntəqədə səs verə biləcək.