XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2017 - 10:44

Yaponiya bu ölkədən Qətərlə danışıqlara başlamağıxahiş edib

Yaponiyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Qətərlə diplomatik mübahisəni dialoq yolu ilə həll etməyə çağırıb.

NHK telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, iyunun 25-də Yaponiya xarici işlər nazirinin müavini Kentaro Sonoro BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb.

BƏƏ, Səudiyyə Ərəbistanı və Fars körfəzinin bir sıra dövlətləri bu ayın əvvəllərində islam ekstremistlərini dəstəkləməkdə günahlandırdıqları Qətər dövləti ilə diplomatik əlaqələri kəsiblər. Qətər ilə insanların və əmtəələrin dövriyyəsi məhdudlaşdırılıb.

Küveyt Fars körfəzi ölkələri ilə Qətər arasında vasitəçi rolunu öz üzərinə götürüb. Küveytin rəsmi nümayəndələri bildirirlər ki, həmin ölkələr arasındakı düşmən münasibətlər ABŞ-ın rəhbərliyi altında İŞİD qruplaşmasına qarşı kampaniyaya mənfi təsir edə bilər.

Görüş zamanı K.Sonoro BƏƏ-li nazirdən xahiş edib ki, terrorizmə qarşı mübarizənin gücləndiyi bir vaxtda qarşıdurmanın aradan qaldırılmasına kömək etsin.

Nazir bunun cavabında bildirib ki, BƏƏ məsələnin həllinə çalışır və Fars körfəzindəki yapon şirkətlərinin ziyan görməməsi üçün əlindən gələni edəcək.

Yaponiya neft və sıxılmış qazı əsasən Yaxın Şərq ölkələrindən ixrac edir. Yaponiya hökuməti ehtiyat edir ki, regiondakı üzünmüddətli qarşıdurma bu ölkəyə sabit enerji axınına problemlər yarada bilər.

Görüşdən sonra K.Sonora NHK telekanalına bildirib ki, Fars körfəzi ölkələrinin birliyi yaxın Şərqdə sabitliyin qorunması üçün həyati əhəmiyyətə malikdir. Nazir müavini əlavə edib ki, Yaponiya hökuməti Küveytin vasitəçilik missiyasına yardım etməyə hazırdı(azərtac).