XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 İyun 2017 - 11:32

Xameneyi:“Problemlərlə bağlı islam ölkələri birmənalı mövqe sərgiləməlidir”

“Müsəlmanların üzərində böyük yaralar var. Müsəlman ölkələrindəki çeşidli problemlər islamın canına əsas yaralar vurub”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri  İranın ali dini lideri ayətullah Xameneyi bu günkü bayram namazı zamanı etdiyi xütbəsində bildirib. Dini liderin sözlərinə görə, müsəlman ölkələrindəki problemlərin aradan ialdırılmasında islam ölkələri birmənalı mövqe sərgiləməlidir.

Xameneyi seçkilərdən sonra yeni hökümətin tezliklə formalaşdırılmasına çağırıb: “Ümid edirik ki, tezliklə yeni hökumət təşkil olunacaq və ölkə üçün lazımı işləri başladacaq. Qarşıda həyata keçməli olan böyük işlər var. Ölkə rəhbərləri xalqın yardımı ilə daxili istehsal, gənclərin işlə təmin olunması sahəsində işlər görməlidirlər və milli istehsal və işlə təmin olma ili adlandırdığımız bu ildə bu sahədə fəaliyyətlər ciddi şəkildə davam etdirilməlidir.