XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

26 İyun 2017 - 13:29

ABŞ-ın hava zərbələrindən Suriya və İraqda bir ayda 869 nəfər həlak olub –57-si qadın və 52-si uşaqdır

 

"Amerikan koalisiya"nın Suriya və İraqa qarşı hava hücumları nəticəsində may ayında 57 qadın və 52 uşaq qətlə yetirilib.

Əl-Minar telekanalının verdiyi məlumata görə, Britaniyada çıxan İndependent qəzeti "Air wars" adlı bir müəssisənin hesabatına istinadla bildirib ki, may ayı  ABŞ-ın başçılıq etdiyi qüvvələrin hava hücumlarının başlandığı 2014-cü ildən bəri ən qanlı ay olub.

Bu məlumata görə, Amerika koalisiyanın bir ay ərzində Suriyaya qarşı hava hücumlarında 348, iraqa qarşı hücumlarda isə 521 nəfər həlak olub və bu ay aprel ayı olə müqayisədə mülkinin tələfatında 23 faiz artım müşahidə olunur.

Suriya və İraq vətəndaşlarının tələfatının artması, koalisiya qüvvələrinin Suriyanın Raqqa  və İraqın Mosul vilayətlərində hava hücumlarının artması ilə əlaqədardır. Bu hücumlarda iraqlı və suriyalı vətəndaşların həlak olmasından əlavə bu iki ölkənin infrasturukturları da dağıdılır.

Mosul və Raqqanın azad olunması əməliyyatlarının yekun mərhələdə olduğunu nəzərə alaraq Amerikanın başçılıq etdiyi koalisiyanın hücumları mülkiyə qarşı faciəli tələfatla nəticələnir.