XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2017 - 14:24

Tramp Ağ Evdə Ramazan Bayramını qeyd etməyi qadağan etdi –20 illik ənənədən niyə imtina edildi?

ABŞ Prezidenti Donald Tramp Ağ Evin 20 ilə yaxındır davam edən Ramazan bayramını qeyd edən nahara ev sahibliyi etmək ənənəsinə son verib.

Ağ Ev sabiq prezident Bill Klintonun prezidentliyindən indiyədək hər il Ramazan ayının sonunu qeyd edən İd əl-Fitr bayramı üçün ziyafət təşkil edib. Məlumatlara görə, ABŞ Dövlət Katibi Reks Tillerson ziyafət keçirilməsi üçün müraciəti rədd edib. Reuters xəbər agentliyi cənab Tillersonun ona Dövlət Departamentinin din və qlobal məsələlər şöbəsinin Ramazan Bayramı üçün ziyafət təşkil etmə tövsiyəsini rədd etdiyini deyib. Bundan əvvəl, cənab Tramp prezident seçkiləri kampaniyası zamanı məscidlərin müşahidə edilməsi təklifi daxil olmaqla, anti-müsəlman ritorikasına görə tənqid edilib. Lakin prezident dərc edilən bəyanatında deyib: "Amerika xalqının adından mən və Melania İd əl-Fitr bayramını qeyd edən müsəlmanlara isti salamlarımızı çatdırırıq. Müqəddəs Ramazan ayında ABŞ-dakı müsəlmanlar dünyadakı digər müsəlmanlarla birlikdə inam və xeyirxahlıq nümayiş edən fəaliyyətlərə diqqət yetiriblər. İndi isə onlar İd əl-Fitr bayramını dost və ailə ilə qeyd edərkən qonşulara kömək etmək və cürbəcür insanlarla birlikdə nahar etmək ənənəsini davam edirlər. "Bu bayram bizə mərhəmətliyin, şəfqətin və xeyirxahlığın əhəmiyyətini xatırladır. ABŞ, dünyadakı müsəlmanlarla birlikdə bu dəyərlərə hörmətlə yanaşmaq öhdəliyini yeniləyir. Bayramınız mübarək olsun."

Cənab Tillerson isə qısa bəyanatla deyib ki, "İd əl-Fitr bayramını qeyd edən müsəlmanlara ən xoş arzularımı çatdırıram".

Ağ Ev ilk dəfə son İftar gününü 1805-ci ildə prezident Tomas Ceffersonun tunisli səfirə qonaqlıq verərkən qeyd edib.

1996-cı Hillari Klinton birinci ledi olan zaman bu ənənəni Ağ Evə qaytarıb. 1999-cu ildən etibarən ənənə illik olub və qonaqlar arasında mühüm ABŞ-lı müsəlmanlar, diplomatlar və deputatlar olub.