XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 İyun 2017 - 16:52

İranda narkomanların sayı iki dəfə artıb –Ölkədə 2,8 milyon insan müntəzəm narkotik qəbul edir

İranda narkotik asılılığından əziyyət çəkən insanların sayı son altı il ərzində iki qat artıb.

Bu barədə İran KİV-ləri yazır. Bir narkotik idarə qrupunun keçirdiyi sorğu ölkədə 2,8 milyon insanın müntəzəm qaydada narkotik qəbul etdiyini göstərib. Heroinin əsas tərkib hissəsini təşkil edən tiryək, ümumilikdə qəbul edilən narkotiklərin 67 faizini təşkil etməklə İranın ən populyar narkotikidir.

Son illərdə qonşu Əfqanıstanda tiryək hasilatı artıb. Narkotik İdarə Təşkilatının sözçüsü Pərviz Əfşar deyib ki, marixuana və ona bənzər narkotiklər İranda qəbul olunan narkotiklərin 12 faizini təşkil edir.

“Metamfetaminlər daxil olmaqla mərkəzi sinir sisteminə təsiri olan digər narkotiklər isə ölkədə qəbul olunan narkotiklərin 8 faizini təşkil edir” – deyə, o, əlavə edib.

Narkotiklərə dair işçi qrupu olan İstiqamətləndirmə Şurasının rəhbəri Seyid Safatyan isə istifadəçilərn sayının daha da yüksək ola biləcəyini deyib. Cənab Safatyan buna səbəb olaraq ictimai qınaqla üzləşmə qorxusundan sorğu iştirakçılarının narkotikə asılılığı olan ailə üzvləri barədə məlumat vermədiklərini qeyd edib.

Əfqanıstan dünyada tiryəkin təxminən 90 faizini istehsal edir. Tiryək yuxu xaşxaşının qatranından hazırlanır. İran Avropaya aparılan tiryəkdən hazırlanmış narkotiklərin əsas keçid yeridir.

Əfqanıstanda tiryək istehsalı 2001-ci ildə ABŞ və müttəfiqlərinin Əfqanıstanı idarə edən Talibanı devirmək və Əl-Qaidə təşkilatını məhv etməyə yönələn işğalından sonra kəskin şəkildə artıb. (BBC)