XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

26 İyun 2017 - 17:06

Türkiyəli deputat AŞPA-nın iclasının Ramazan bayramı günü keçirilməsinə etiraz edib

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayıb.

Sessiyanın birinci günü Türkiyə nümayəndə heyətinin üzvü bu gün müsəlman aləmində müqəddəs Ramazan bayramının qeyd olunduğunu sessiya iştirakçılarının nəzərinə çatdırıb.

O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının işinin bu bayram gününə salınmasına öz etirazını bildirib. Türkiyə nümayəndə heyətinin üzvü xristianların dini bayramında olduğu kimi Ramazan bayramı zamanı da Avropa Şurasının fəaliyyətinə fasilə verilməsi təklifi ilə çıxış edib. (Report)