XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

26 İyun 2017 - 19:08

Şimali Koreya Cənubi Koreyanın vahid komanda yaratmaq təklifini rədd edib

 Şimali Koreya Cənubun gələn il Qış Olimpiya Oyunlarında vahid komanda kimi iştirak etmək təklifini rədd edib.

Strateq.az BBC-yə istinadən bildirir ki, bu ideyanı ilk dəfə Cənubi Koreyanın idman naziri Do Yong-Hvan irəli sürüb.

Təklifi ölkənin yeni prezidenti Mun Jae-in də dəstəkləyib. Lakin Şimali Koreyanın Beynəlxalq Olimpiya Komitəsinin üzvü Çang Un bu fikri rədd edərək bildirib ki, bu barədə danışıqlar aparmaq üçün vaxt yoxdur.

Olimpiya Oyunları Cənubi Koreyanın Pyeongchang şəhərində fevralın 9-dan – 25-dək keçiriləcək.

İki ölkənin vahid komandası 1991-ci ildə Dünya Stolüstü Tennis birinciliyində çıxış etmişdi.

Çang Un yerli jurnalistlərə bildirib: "Həmin komandanı formalaşdırmaq üçün 5 ay çəkən və 22 raunddan ibarət danışıqlar keçirmək lazım gəldi".

Cənubi Koreyanın idman naziri iki ölkənin vahid hokkey komandasını yaratmağı və hətta xizəklə bağlı idman növləri üzrə Olimpiya yarışlarını Şimalda keçirməyi təklif etmişdi. Bu təklifin məqsədi 2018-ci ilin Olimpiya oyunlarını "sülh Olimpiadasına" çevirmək olub.

Cənubi Koreyanın qonşuları ilə daha geniş dialoq tərəfdarı olan prezident Mun isə bundan sonra Şimal və Cənubun Olimpiadada daha geniş formatda vahid komandalar şəklində təmsil olunmaları təklifi ilə çıxış edib.

Lakin Çang Un bildirib ki, Olimpiya Oyunları siyasi məqsədlər üçün istifadə olunmamalıdır: "Birgə ev sahibliyi etmək barədə danışmaq asandır, lakin bunu gerçəkləşdirmək, problemləri həll etmək çətindir.

Onun təbirincə, bu, ö cümlədən, hokkey üzrə vahid komanda formalaşdırmaq təklifinə də aiddir. Cənubi Koreya rəsmiləri bu ideyanı müzakirə etmək üçün açıq olduqlarını bildiriblər. İki ölkə, formal olaraq, 1953-cü ildən müharibə vəziyyətindədir. Pxenyan təkrar olaraq raket sınaqları keçirdikdən sonra, iki ölkə arasında gərginlik artıb.