XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2017 - 10:12

İran parlamentinin spikeri:"ABŞ-ın Rusiya və İrana sanksiyalar tətbiq etməsi öhdəliklərə ziddir"

"ABŞ Senatında İran və Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin qəbul edilməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir".

Bunu İran parlamentinin spikeri Əli Laricani bəyan edib.

“ABŞ-ın birtərəfli qaydada müstəqil dövlətlərə qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüququ, BMT Nizamnaməsini pozur. ABŞ-ın  Rusiya və İran şirkətləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməsi rəsmi Vaşinqtonun beynəlxalq öhdəliklərinə ziddir  və suveren dövlətlərin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir”, deyə Ə.Laricani bildirib.

Cənubi Koreyanın paytaxtı Seulda, Avrasiya dövlətləri parlament spikerlərinin iclasında  iştirak edən Ə.Laricani region ölkələrini əsassız qərarların qarşısını almaq üçün, beynəlxalq hüquqa əməl olunmasını təmin edəcək mexanizm yaratmağa çağırıb/APA.