XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

27 İyun 2017 - 15:02

Srebrenitsa soyqırımında Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqləndi –Məhkəmə qərarı

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçiləri fəaliyyət göstəriblər.

Bu, Hollandiya məhkəməsinin qərarında vurğulanıb.

Məhkəmənin qərarına əsasən, Hollaniya hərbçiləri Srebrenitsadakı qətllərin 30 faizinə görə məsuliyyət daşıyırlar.

Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT-nin əsasən Hollandiya hərbçilərindən ibarət qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək, soyqırm törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 22 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib . Bu günə kimi 7 000 cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur.

BMT-nin Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbulu müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan, sənəd qəbul edilməyib.

Yuqoslaviyadakı 1991 – 1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı 10 000-ə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni bosniyalılar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədək azalıb. Şəhərin əhalisinin qalanı serbdir/Report.